Müdafiə Nazirliyi: Alayın komanda məntəqəsinə atəş zərbəsi endirilib

30 Sentyabr 2020 13:45 (UTC+04:00)

Alayın komanda məntəqəsinə atəş zərbəsi endirilib.

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib.

Qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir.