MN: Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirilib

30 Sentyabr 2020 15:30 (UTC+04:00)

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib.

Bu barədə AzNews.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib", - deyə nazirlikdən bildirilib.