Böyük Britaniya vətəndaşının evi qarət edildi- Bakıda

5 İyun 2013 08:45 (UTC+04:00)



Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, 2012-ci il noyabrın 2-dən 4-dək olan müddətdə H. Seyidbəyli küçəsində yaşayan Böyük Britaniya vətəndaşı Saied Tahamtaninin mənzilindən 15 min manat, 2000 ABŞ dolları və 30 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Masallı rayon sakini Kamil Musayev iyunun 4-də tutulub.

AzNews.az