Ermənistanın atdığı keyfiyyətsiz raketlərdən üçü partlamadı

30 Sentyabr 2020 19:46 (UTC+04:00)

Bir müddət əvvəl Ermənistan silahlı qüvvələri “Toçka-U” taktiki raket kompleksini tətbiq edib.

AzNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb.