Sabahdan tələbələr ali təhsil müəssisələrinə müraciət edə bilərlər

30 Sentyabr 2020 20:08 (UTC+04:00)

“Oktyabrın 1-dən etibarən tələbələr ali təhsil müəssisələrinə müraciət edə bilərlər”.

AzNews.az-ın verdiyi xəbərə görə, bu barədə Təhsil naziri Emin Əmrullayev bildirib.

“Bununla bağlı heç bir dəyişiklik yoxdur. Yeganə çətinlik internetin məhdudlaşdırılmasına görə distant təhsilin təşkilinin çətinliyinə görədir. Ali məktəblər üçün teledərslər də təşkil etmək mümkün deyil”,- deyə nazir qeyd edib.