Ankarada yaralıların sayı 788-ə çatdı

5 İyun 2013 08:45 (UTC+04:00)


Ankarada keçirilən Gəzi Parkı-na dəstək etirazlarında baş verən toqquşmada yaralanaraq, xəstəxanaya müraciət edənlərin sayı 788-ə çatıb. Türkiyə həkimlərinin açıqlamasına görə, 788 yaralıdan 18-nin xəstəxanalarda müalicəsi davam edir. Onlardan 3-ü gözünü itirib, 3 xəstənin isə əziyyəti ağırdır.

Eskişehirdə isə xəstəxanalara müraciət edənlərin sayı 300-ə çatıb. Bunlardan birinin ağır vəziyyətdə olduğu və hazırda beyin qanaması diaqnozuyla əməliyyata alındığı bildirilir.

Elman
AzNews.az