Ermənistanın Gorus rayonundan Azərbaycan ərazisi raket atəşinə tutulub

1 Oktyabr 2020 12:55 (UTC+04:00)

Oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.
Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək", - deyə məlumatda qeyd edilib.