Fatih Terim Nuridən imtina etdi

5 İyun 2013 08:56 (UTC+04:00)
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Nuri Şahindən imtina etdi. Aslanların çalışdırıcısı Nurinin transfer edilməsini istəmədiyini açıqlayıb.

O, klub rəhbərliyindən braziliyalı Felipo Melonun komandada qalması üçün danışıqların aparılmasını istəyib.

Rəhbərlik də futbolçunu əldən buraxmaq fikrində deyil. İstanbul klubu futbolçunun transfer hüququnun məxsus olduğu "Yuventus"a 2.5 milyon avro təklif etsə də, Turin təmsilçisi bununla razı olmayıb. İtalyanların 6.5 milyon avro istədikləri iddia edilir.

Elvin
AzNews.az