Daha 3 sinif distant təhsilə keçirildi

1 Oktyabr 2020 19:43 (UTC+04:00)

Koronavirus infeksiyasına yoluxma ilə əlaqədar Azərbaycan məktəblərində son sutka ərzində daha 3 sinif distant təhsilə keçirilib.

Bu barədə AzNews.az-a Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Beləliklə, ölkə üzrə ümumilikdə distant təhsilə keçirilmiş siniflərin sayı 22, məktəblərin sayı 1-dir.