Livanla İsrail arasında sərhədlər üzrə danşıqlar olub

1 Oktyabr 2020 20:11 (UTC+04:00)

Livan parlamentinin sədri Nabih Berri İsraillə dəniz və quru sərhədlərin demarkasiyası üzrə çərçivə razılığı əldə olunduğunu bildirib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, o, bunu mətbuat konfarsında bildirib.

Onun sözlərinə görə, ABŞ-ın vasitəçiliyi ilə Livanın BMT-dəki Müvəqqəti qüvvələr mənzil-qərargahında bu istiqamətdə keçirilən danışıqlarda razılıq əldə edilib. Berri bildirib ki, danışıqlar uğurla başa çatarsa, onun yekunu üzrə sərhəd üzrə ikitərəfli razılıq imzalanacaq: “Bu, Livan iqtisadiyyatına fayda verəcək”.