UEFA Avropa Liqasının qrup mərhələsinə adlayan “Qarabağ” sabah keçiriləcək püşkatma zamanı ilk dəfə 2-ci səbətdə yer alacaq.
AzNews.az xəbər verir ki, buna səbəb İsveçrə “Bazel”inin AL-in pley-off mərhələsində mübarizəni dayandırmasıdır.
Belə ki, isveçrəlilərin rəqibindən reytinqcə yuxarıda olan Ağdam klubu 2-ci səbətdə olacaq.