Donald Tramp və xanımı koronavirusa yoluxub

2 Oktyabr 2020 09:30 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp və xanımı Melanya Tramp yeni növ koronavirusa (COVİD-19) yoluxublar.

"TASS"ın yaydığı məlumata görə, bu barədə D.Tramp öz "Twitter" səhifəsində yazıb.

ABŞ prezidenti bildirib: "Bu gün axşam ABŞ-ın birinci xanımı və mən koronavirus testindən keçdik, nəticələr müsbət oldu. Biz dərhal karantinə və sağalma prosesinə başlayacağıq. Biz bundan birlikdə keçəcəyik!".

AzNews.az