Trampın səlahiyyətlərini kim icra edəcək?

2 Oktyabr 2020 14:30 (UTC+04:00)

Donald Trampın həkimi prezidentlə bağlı məlumat yayıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidentini müalicə edən həkimi Şon Konli verdiyi məlumata görə, Tramp karantin altında da ölkəni idarə edə bilər.

“Əmin edə bilərəm ki, prezident koronavirusdan sağalana kimi vəzifəsini icra edə biləcək”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Trampın yeni növ koronavirusa (Covid-19) yoluxduğu açıqlanıb. Bu haqda prezident özü “Twitter” hesabında paylaşıb.

Trump açıqlamasında, "Bu gecə birinci xanımım və "Covid-19" testim müsbət çıxdı. Karantin və bərpa prosesinə dərhal başlayacağıq. Bu prosesi birlikdə keçəcəyik" sözlərini yazıb.

Səidə

AzNews.az