Sosial media fenomeni əri tərəfindən yandırılaraq öldürüldü

2 Oktyabr 2020 14:15 (UTC+04:00)

Çində Lamu kimi tanınan sosial media ulduzu əri tərəfindən benzinlə yandırılaraq öldürülüb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, yerli media 30 yaşlı Lamunun canlı yayımda keçmiş əri Tang tərəfindən benzinlə yandırılaraq öldürüldüyünü açıqlayıb.

Sentyabr ayının ortalarında Tangın Lamunun evinə balta və benzinlə girdiyi bildirilib. Bu zaman evdə Lamunun ailə üzvləri də olub.

Bədəninin 90 faizi yanan və iki həftə yaşamaq üçün mübarizə aparan Lamunun dünən gecə öldüyü və Tangın nəzarətə alındığı bildirilib.

Səidə

AzNews.az