Dövlət Komitəsi məhkəməyə verildi

5 İyun 2013 09:23 (UTC+04:00)
Azərbaycan Respublikasının vətəndaşı Salam Məmmədov Standartlaşdırma, Metrologia və Patent üzrə Dövlət Komitəsini məhkəməyə verib.

Femida.az-ın xəbərinə görə, S.Məmmədov Dövlət Komitəsinə qarşı ixtira etdiyi farsunka ilə işləyən qaz peçinin qeydiyyata alınması barədə iddia qaldırıb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib.

S.Məmmədov məhkəmə qərarından narazı qalaraq yuxarı instansiya məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi müvafiq qərarı qüvvədə saxlayıb.

İşə Ali Məhkəmədə baxılacaq.

AzNews.az