Gecə ərzində düşmənə sarsıdıcı zərbələr endirilib - Video

3 Oktyabr 2020 10:21 (UTC+04:00)

Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb.

AzNews.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, cəbhədə vəziyyət gərgin olaraq qalır. Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb və ona sarsıdıcı zərbələr endirilib.

Bütün cəbhə boyu gərgin döyüşlər davam edir.