Ermənistan ölən daha 51 hərbçinin adını açıqladı

3 Oktyabr 2020 16:58 (UTC+04:00)

İşğalçı Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir.

AzNews.az xəbər verir ki, oktyabrın 1-də Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı məhv edilən erməni hərbçilərinin növbəti siyahısını “Sputnik Ermənistan” saytı yayıb.

Bildirilir ki, ermənilər daha 51 hərbçi itirib. Bununla da Ermənistan tərəfi 207 hərbçisinin öldüyünü etiraf edib.