“Ermənilərin yaydıqlarının əksəriyyəti fotoşopdur” - Hikmət Hacıyev

3 Oktyabr 2020 19:45 (UTC+04:00)

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Baş Prokurorluğun keçirdiyi brifinqdən sonra jurnalistlərin suallarını cavablandırıb.

AzNews.az xəbər verir ki, H.Hacıyev deyib ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən kifayət qədər saxta məlumatlar paylaşılır:

“Onların əksəriyyəti fotoşopdur. Onlardan bir neçəsini artıq ifşa etmişik. “Su-25” ilə bağlı olan halı gördünüz. Guya İrəvan səmalarında dronlar uçurdu. O da fotoşop idi. Sonradan həmin görüntülərin media və sosial şəbəkələrdən silinməsi ilə bağlı özləri göstəriş verdilər. Ona görə də fürsətdən istifadə edib bütün media nümayəndələrimizə müraciət edirik ki, məlumatlara həssaslıqla yanaşsınlar və yalanları ifşa etsinlər. Sözügedən fotoşopları “faktı yoxla” prinsipi əsasında asanlıqla aşkarlamaq mümkündür”.