“Ermənilərin təqdim etdiyi radiostansiya danışıqları saxtadır”

3 Oktyabr 2020 20:32 (UTC+04:00)

“Ermənilərin təqdim etdiyi radiostansiya danışıqları bu ölkənin xüsusi xidmət orqanlarının saxta məhsuludur”.

AzNews.az xəbər verir ki, bunu MN Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib:

"Ermənistan mediasında yayılan və guya Azərbaycan ilə Türkiyə hərbçilərinin döyüş əməliyyatları zamanı radiostansiya vasitəsilə danışıqlarının səs yazısı bu ölkənin xüsusi xidmət orqanlarının saxta məhsuludur. Səs yazısının döyüş əməliyyatlarına heç bir aidiyyəti yoxdur".