Tehranda koronavirusa görə bu yerlər yenidən bağlanacaq

3 Oktyabr 2020 20:46 (UTC+04:00)

Tehranda koronavirusun üçüncü dalğası səbəbindən bir həftəlik məhdudiyyətlər tətbiq edilməsinə qərar verilib.

AzNews.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilir ki, paytaxtda universitetlər, məktəblər, idman zalları, məscidlər, teatrlar, muzeylər, gözəllik salonları,restoran və kafelər, hovuzlar bağlanacaq.

Bundan əvvəl isə İran prezidenti Həsən Ruhani açıqlama verərək maska taxmayan insanların yenidən cərimələnəcəklərini bildirib.

Qeyd edək ki, sentyabrın 19-da Tehranın Koronavirusla Mübarizə Qərargahının rəhbəri Əlirza Zali əyalətdə koronavirusun 3-cü dalğasının rəsmən başladığını bildirib.