"Telegram"ın işində qüsurlar yaranıb

4 Oktyabr 2020 08:00 (UTC+04:00)

Telegram mesajlaşma servisinin işində problemlər bir çox ölkədə müşahidə olunur.

Məlumata görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

"Telegram"ın işində texniki qüsurlar barədə əsasən Rusiyada, eləcə də İtaliya, Hollandiya, Almaniya və digər ölkələrdə yaşayan istifadəçilər tərəfindən bildirilir.

Onların əksəriyyəti (91%) serverə qoşula bilməməsindən şikayətlənir, digər 8% -i mesaj göndərməklə bağlı problemləri bildirir.

AzNews.az