Mərakeş kralı Ərdoğanla görüşdəın imtina edib

5 İyun 2013 09:45 (UTC+04:00)
Türkiyədə etiraz aksiyaları davam etdiyi müddətdə baş nazir Rəcəb Tayyib Ərdoğanın ölkəni tərk edib Mərakeşə getməsi narazılıqlara səbəb olub. Türkiyə mətbuatının yazdığına görə, Mərakeş kralı VI Məhəmməd Ərdoğanı qəbul etməkdən imtina edib. Mətbuat bu xəbəri Mərakeşin xəbər agentliklərinə istinadən yayıb.

Məlumata görə, Mərakeş kralının bu hərəkəti Türkiyədə baş verənlərə münasibətdir. Xəbərlərdə o da qeyd olunur ki, kralın gözlənilməz rəftarı Ərdoğanı Mərakeşi daha tez tərk etməyə vadar edib.

Elnarə
AzNews.az