“Azərbaycan peyk vasitəsilə atəşlərin trayektoriyasını müəyyənləşdirəcək”

4 Oktyabr 2020 14:35 (UTC+04:00)

“Azərbaycana atılan raket atəşləri işğal altında olan torpaqlardan yox, Ermənistan ərazisindən atılır”.

AzNews.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Ermənistanın Vardenis və Gorus şəhərləri yaxınlığındakı bazadan Azərbaycana atəşlər açılıb: “Azərbaycan peyk texnologiyası vasitəsilə atəşlərin trayektoriyalarını müəyyənləşdirərək Beynəlxalq İctimaiyyətə çatdıracaq”.