“Ermənistan bununla üçüncü tərəfi münaqişəyə cəlb etmək istəyir”

4 Oktyabr 2020 15:21 (UTC+04:00)

Rusiyalı hərbi jurnalist İqor Korotçenko öz tvitter hesabında Ermənistanın son təxribatları və Azərbaycan şəhərlərini hədəf alması ilə bağlı fikirlərini bölüşüb.

AzNews.az xəbər verir ki, jurnalistin sözlərinə görə, Ermənistanın bu hərəkətləri münaqişəni genişləndirmək və 3-cü tərəfi münaqişəyə cəlb etmək məqsədi daşıyır.

“Paşinyanın taktikası: Bakının Ermənistandakı hədəflərə cavab zərbəsi vurması üçün Azərbaycan şəhərlərini vurmaq və sonra “təcavüz qurbanı” kimi Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının köməyinə müraciət etmək?”,-deyə Korotçenko qeyd edib.

O bildirib ki, Rusiya Qarabağ münaqişəsində çox diqqətli və bərabər məsafədə hərəkət etməlidir: “Bizim vəzifəmiz müharibənin siyasi və diplomatik yollarla sona çatmasına kömək etməkdir. Əlbəttə ki, bu, mümkün olar”.

Bundan əlavə, jurnalist qeyd edib: “Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrinin yüksək dəqiqlikli silahlara malik olmadığını nəzərə alaraq, “Azərbaycanın bir sıra şəhərlərindəki hərbi hədəflərə zərbələr” mahiyyət etibarilə dinc sakinlərin ölümü və evlərin dağıdılması ilə nəticələnən zərbələr deməkdir”.