"Xankəndi ətrafındakı hərbi bazalar sıradan çıxarılıb" - Prezidentin köməkçisi

4 Oktyabr 2020 18:06 (UTC+04:00)

"Düşmənə adekvat cavabların verilməsi bundan sonra da davam etdiriləcək".

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Xankəndi şəhəri ətrafında hücum həyata keçirilən bazalar sıradan çıxarılıb.