Prezident Cəbrayılın işğaldan azad edilməyini elan etdi

4 Oktyabr 2020 16:45 (UTC+04:00)

Cəbrayıl işğaldan azad olunub.

AzNews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Tvitter səhifəsində yazıb:

"Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!"