Polis əhaliyə xəbərdarlıq etdi

4 Oktyabr 2020 19:56 (UTC+04:00)

Komendat saatı ilə əlaqədar olaraq Bakıda Post Patrul Xidməti (PPX) avtomobilindən əhaliyə müraciət olunub.

AzNews.az xəbər verir ki, polis insanları küçələrə çıxmamağa çağırıb:

“Əziz həmvətənlər, hərbi vəziyyət rejimi ilə əlaqədar saat 21:00-dan sonra yaşayız yerlərinizi tərk etməməyiniz tələb olunur. Əks halda, qanunun tələb etdiyi qaydada məsuliyyətə cəlb ediləcəksiniz. Müqəddəs borcumuzun yerinə yetirilməsində həmrəylik göstərib dövlət orqanlarına dəstək olun”.