ABŞ Türkiyədəki vətəndaşlarına müraciət etdi

5 İyun 2013 10:02 (UTC+04:00)


Dünən ABŞ Dövlət Departamenti öz vətəndaşlarına Türkiyə aksiyalarında iştirak etməməyi və ölkədə baş verən hadisələr zamanı neytral qalmağı məsləhət görən müraciət yayıb.

Müraciətdə deyilir: "Türkiyədə yaşayan həmyerlilərimizə müraciət edib deyirk ki, aksiyalara qoşulmasınlar. Çünki ölkədə aksiyaçılara tətbiq edilən güc onlara da aid edilə bilər. Buna görə də uzaq durmaları məsləhətdir"

Məlumat üçün bildirək ki, 2 gün öncə Türkiyə hökuməti aksiyalarda xarici provakatorların əlinin olması barədə informasiya yayıb.

Aynur Hüseynova
AzNews.az