Azərbaycan Prezidentinin köməkçisi: "Ermənilər Xızıya raket atıb"

4 Oktyabr 2020 23:39 (UTC+04:00)

Ermənistan Silahlı Qüvvələri Xızı rayonu ərazisinə raket zərbələri endirib.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

O, qeyd edib ki, Xızı və Abşeron bölgəsinə iki 300 km məsafəli orta mənzilli raket atılıb.