Erməni təxribatı nəticəsində 24 mülki şəxs həlak olub, 121 nəfər yaralanıb

5 Oktyabr 2020 11:45 (UTC+04:00)

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, sentyabrın 27-dən indiyədək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 24 mülki şəxs həlak olub, 121 nəfər yaralanıb.

Bundan başqa, 56 mülki obyekt və 306 yaşayış evi yararsız hala düşüb.