Rəsmi İran ermənilərlə bağlı açıqlama verdi

5 Oktyabr 2020 12:00 (UTC+04:00)

İran İslam Respublikası Ermənistan hərbçilərinin işğal olunmuş şəhərlərdən çıxmasını təkid edir.

Məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat brifinqində deyib.

S.Xətibzadənin sözlərinə görə, İran Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağın zəruriliyini bir daha qeyd edir.

İran rəsmisi bildirib ki, Tehran Dağlıq Qarabağ münaqişəsini həssaslıqla izləyir:

“İran eyni zamanda mülki şəxslərə hücum etməmək prinsipinə riayət olunmasına çağırır”. (Trend)

AzNews.az