Hikmət Hacıyev: “Ermənistan ordusu Gəncənin mərkəzi bazarını atəşə tutub”

5 Oktyabr 2020 14:30 (UTC+04:00)

“Ermənistan silahlı qüvvələri Gəncənin mərkəzi bazarını atəşə tutub. Bazarın hansı hərbi əhəmiyyəti ola bilər?”

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Bu raket hücumu yalnız mülki əhali arasında kütləvi itkilərin olması məqsədilə edilib. Mülki azərbaycanlılara qarşı Ermənistanın dövlət terrorizmi davam edir”, - deyə H. Hacıyev vurğulayıb.