Paşinyan əhalidən hərbi forma dilənir

5 Oktyabr 2020 19:46 (UTC+04:00)

“Hərbi forması olanlardan onları mərkəzi hərbi komissarlığa təhvil verməyi xahiş edirəm”.

AzNews.az-ın xəbərinə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində canlı yayımda söyləyib.

Baş nazir həmçinin son 1 ildə təxris olunan çağırışçıları orduya qayıtmağa çağırıb. Bu isə düşmən ordusunda şəxsi heyət çatışmazlığını bir daha təsdiqləyir.