Ərdoğan NATO baş katibi ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

6 Oktyabr 2020 11:30 (UTC+04:00)

NATO müttəfiqləri Türkiyə ilə güclü həmrəylik nümayiş etdirməlidir.

AzNews.az-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberq ilə Ankarada keçirilən görüşdə bildirib.

Məlumata əsasən, tərəflər Şərqi Aralıq dənizi, Suriya və Liviyadakı vəziyyəti vurğulayaraq regional problemləri müzakirə etdilər.

Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti şərh edən Ərdoğan BMT Təhlükəsizlik Şurası və ATƏT-in qətnamələrinin Ermənistanı təcili olaraq, tamamilə və qeyd-şərtsiz işğal etdiyi Azərbaycan ərazilərini tərk etməyə çağırdığını xatırladıb.

Türkiyə lideri Ankaranın NATO-nun Şərqi Aralıq dənizindəki Türkiyə və Yunanıstan hərbçiləri arasında riski azaltmaq və hadisələrin qarşısını almaq təşəbbüsünü dəstəklədiyini də açıqlayıb.