Bakıda qanlı olay: Gənc oğlanın əllərini doğradılar

5 İyun 2013 10:35 (UTC+04:00)
İyunun 5-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonu ərazisində qanlı hadisə baş verib.

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Suraxanı qəsəbəsində 1987-ci il təvəllüdlü Cabbarov Elməddin Xaliq oğlu bıçaqlanıb.

O, ağır vəziyyətdə "Azərsutikinti" xəstəxanasına yerləşdirilib. Müayinə zamanı yaralının qarın nahiyəsində daxilə nüfuz edən xəsarət, eləcə də əllərində çoxsaylı kəsilmiş deşilmiş bıçaq yaraları aşkarlanıb.

E.Cabbarovun vəziyyəti kritik olduğundan onu dindirmək, hadisə barədə ətraflı məlumat toplamaq mümkün olmayıb.

Qeyd edək ki, E.Cabbarov özünü müdafiə edərkən əllərindən çoxsaylı xəsarətlər alıb. O çoxlu qan itirib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

AzNews.az