Ermənistan ölən daha 21 hərbçinin adını açıqladı

6 Oktyabr 2020 15:49 (UTC+04:00)

İşğalçı Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir.

AzNews.az xəbər verir ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı məhv edilən erməni hərbçilərinin növbəti siyahısını “Sputnik Ermənistan” saytı yayıb.

Bildirilir ki, ermənilər oktyabrın 5-də daha 21 hərbçi itirib. Bununla da Ermənistan tərəfi 241 hərbçisinin öldüyünü etiraf edib.