Müdafiə Nazirliyi adına saxta tvitter hesabı açılıb

6 Oktyabr 2020 16:57 (UTC+04:00)

Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta tvitter hesabı açılıb.

AzNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər:

“Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi tvitter hesabı bu linkdədir: https://twitter.com/wwwmodgovaz".