Qarabağda döyüşən daha iki muzdlu terrorçu məhv edildi

6 Oktyabr 2020 19:15 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən daha iki xarici muzdlu-terrorçu məhv edilib.

AzNews.az "Report”a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Eyni zamanda, sübut kimi məhv edilən terrorçuların fotoları təqdim edilib.