Yazıçılar Birliyindən Şərif Ağayara cavab

5 İyun 2013 10:36 (UTC+04:00)

Yazıçı Anarla şair Şərif Ağayar arasındakı qalmaqal davam edir. Belə ki, Yazıçılar Birliyindən kənarlaşdırılan şair Anarı məhkəməyə verəcəyilə hədələyib.

Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu isə
AzNews.az-a açıqlamasında bunları deyib:

"Necə istəyirsə elə də eləsin. Əslində, Birlik onu məhkəməyə verməli idi. Biz ona görə məhkəməyə müraciət etmədik ki, hadisələr cılızlaşmasın. O, camaata deyir ki, "Fikrət hələ ölməyib? Sən necə şairsən ki, həmkarının sağ olub-olmadğını bilmirsən? Sonra deyib ki, "Fikrət buraları satıb yeyib". Nə bilirsən? Sən bunu məhkəmədə sübut edə bilərsənmi? Sən bizə sağ ol de ki, AYB məhkəmə qərarına gəlməyib".

Bahar Rüstəmli
AzNews.az