Cəbrayıl istiqamətində ordumuz üstünlüyə malikdir

7 Oktyabr 2020 10:00 (UTC+04:00)

Cəbrayıl istiqamətində ordumuz düşmən üzərində üstünlüyə malikdir.

AzNews.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir:

Məlumatda bildirilir: "Ermənistan müdafiə nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb. Rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır. Cəbrayıl istiqamətində ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir".