"Ermənistanın raket zərbələri bu ölkənin hərbi doktrinasının aqressiv xarakterini nümayiş etdirdi"

7 Oktyabr 2020 11:00 (UTC+04:00)

Ermənistan tərəfindən raket zərbələri bu ölkənin hərbi doktrinasının aqressiv xarakterini nümayiş etdirdi.

AzNews.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşməsinədək Ermənistan Azərbaycanın enerji infrastrukturuna, xüsusilə də Mingəçevir su anbarına raket zərbələri ilə təhdid edirdi:

“Son dövrlərdəki raket zərbələri bu ölkənin hərbi doktrinasının aqressiv xarakterini nümayiş etdirdi”.