“Bu mövqeyi dəstəkləyirik”

7 Oktyabr 2020 12:25 (UTC+04:00)

Türkiyənin “İYİ Partiyası”nın rəhbəri Meral Akşener Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqları azad etmək üçün başladığı əməliyyatla əlaqədar olaraq fikir bildirib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, o bildirib ki, iqtidar Azərbaycanı dəstəkləmək üçün doğru bir mövqe tutur: “Bu mövqeyi dəstəkləyirik. Dəstəyimizlə bərabər iqtidarı da xəbərdar etmək istəyirəm. Bu mövzuda diplomatiya tək bir dövlətlə deyil, tərəf ola biləcək bütün dövlət və təşkilatlarla aparılmalıdır ”.

Səidə

AzNews.az