Məşhur ulduz Azərbaycandan üzr istədi

7 Oktyabr 2020 14:45 (UTC+04:00)

Dünya şöhrətli ulduz Kardi B ötən gün Azərbaycana qarşı paylaşımı ilə qınanmışdı.

AzNews.az xəbər verir ki, bundan sonra azərbaycanlılar Kardi B-nin "Youtube", “Instaqram”, “Twitter” hesablarına #cardibsupportsterrorism həştaqı yayımlayıblar.

Bir müddət sonra terrora dəstəkdə ittiham olunan müğənni hər kəsdən üzr istəyərək post paylaşıb:

"Mən terroru dəstəkləmirəm, bunu nə baş verdiyini araşdırmadan dostum üçün paylaşdım. Buna görə üzr istəyirəm. Müharibəni sevmirəm. İki ölkə arasındakı konfliktləri sevmirəm, bundan günahsız insanlar əziyyət çəkir".

Səidə

AzNews.az