Ermənilər ölən daha 40 hərbçinin adını açıqladı

7 Oktyabr 2020 19:45 (UTC+04:00)

“Sputnik Ermənistan” saytı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı məhv edilən erməni hərbçilərinin növbəti siyahısını yayıb.

AzNews.az xəbər verir ki, ermənilər oktyabrın 7-də daha 40 hərbçi itirib. Bununla da Ermənistan tərəfi 321 hərbçisinin öldüyünü etiraf edib.

Xatırladaq ki, işğalçı Ermənistan bu gün daha 40 hərbçinin öldüyünü açıqlamışdı.