Ceyhun Bayramov Cenevrəyə gedəcək

7 Oktyabr 2020 21:48 (UTC+04:00)

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov 8 oktyabr 2020-ci il tarixində Cenevrəyə işgüzar səfərlə yola düşəcək.

XİN-dən AzNews.az-a verilən məlumata görə, səfərin məqsədi ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək və münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırmaqdır.