Fransada daşqınlar 5 nəfərin həyatına son qoydu

7 Oktyabr 2020 21:56 (UTC+04:00)

Fransanın cənub-şərqində aramsız yağan yağışların səbəb olduğu daşqınlar nəticəsində beş nəfər ölüb.

AzNews.az xəbər verir ki, bunu ölkənin prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 13 nəfər itkin düşüb. O, qeyd edib ki, xilasedicilər itkin düşən şəxslərin axtarışlarını davam etdirəcək.

Qeyd edək ki, daşqın nəticəsində yaşayış binalarına ciddi ziyan dəyib. Nitsa şəhərindəki məktəblər və aeroport bağlanıb.