Türkiyə PA: Ermənistan Azərbaycanın bütün tələblərini qəbul etməlidir

8 Oktyabr 2020 11:00 (UTC+04:00)

Hələ ki gec deyil, Ermənistan Azərbaycanın bütün tələblərini qəbul etməlidir.

Bunu Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, Azərbaycanın bütün tələblərinin qəbul olunması ilk növbədə erməni xalqının xeyrinədir: “Azərbaycan Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etməklə beynəlxalq hüquqa əməl edir”.

Administrasiyadan bildiriblər ki, Ermənistan rəhbərliyi cəzasızlıq və dünya ictimaiyyətinin susqunluğuna arxalanaraq öz xalqını məhv edir: “Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, dinc sakinlərlə döyüşmür. Amma Ermənistan qoşunları Azərbaycanın dinc əhalisini artilleriya atəşinə tutur ki, bu da hərbi cinayətdir”.

O da qeyd olunub ki, Türkiyə dünya ictimaiyyətini öz ərazisində azadlıq mübarizəsi aparan Azərbaycana qarşı ikili standartların tətbiqini dayandırmağa çağırır. (Trend)

AzNews.az