Ermənistanın PUA-sı məhv edilib

8 Oktyabr 2020 11:30 (UTC+04:00)

Ermənistanın kamikadze dronu Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən uğurla məhv edilib.

AzNews.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında deyib.

H.Hacıyev bildirib ki, kamikadze dron mülki obyektlərin ətrafında hərəkət edib, PUA-nın məhv edilməsi nəticəsində daha çox mülki şəxsin həyatı xilas edilib: “Ermənistanın dövlət terroru davam edir. Sülhə vadar etmə missiyası Ermənistanı dayandırmağa davam etməlidir”.