“Qarabağ münaqişəsinin həlli üçün işğala son qoyulmalıdır”

8 Oktyabr 2020 16:33 (UTC+04:00)

“Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda mübarizədə son dərəcə qətiyyətli olduğunu görürük”.

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Dağlıq Qarabağ təxminən 30 ildir Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpağıdır.

“Ermənistanın uzlaşmaz və ərköyün davranışları nəticəsində 30 ildir ki, bir növ qanqrenaya dönən bu münaqişənin həlli üçün işğala son qoyulmalıdır”, - deyə Ərdoğan vurğulayıb.