VHP-yə Milli Şurada neçə yer verildi?

5 İyun 2013 11:32 (UTC+04:00)


Bu barədə AzNews.az-a VHP-nin sədr müavini Rafiq Manaflı məlumat verib. O bildirib ki, VHP Milli Şurada 6 nəfərlə təmsil olunacaq və artıq bu barədə təşəbbüsçülərlə razılaşma əldə olunub.

Partiya rəsmisi deyib ki, artıq VHP daxilində MŞ-də kimlərin təmsil olunacağı da müəyyənləşdirilib: "Milli Şurada əsasən, partiyanın Siyasi Şurasının üzvləri iştirak edəcək".

Qeyd edək ki, məlumatlara görə, VHP Milli Şurada ACP və Liberal Partiya kimi ən azı 10 təmsilçilik yeri tələb edirdi. MŞ təşəbbüsçüləri isə partiyaya ilk öncə 3 yer verəcəklərini bildirmişdilər. MŞ-in tərkibi ilə bağlı siyahının açıqlanmamağına səbəb olan amillərdən biri də məhz bu məqam idi. Son məlumata görə isə hər iki tərəf öz inadından bir addım geri durub və məsələ öz həllini tapıb.

Anar
Aznews.az